Avtosfer.az | Reklam
Bu yolun ödənişli olmasına hazırlıq gedir - SƏDR AÇIQLADI
Yeniliklər 15 Yanvar 2020 16:50 534 dəfə oxunub
Bu yolun ödənişli olmasına hazırlıq gedir - SƏDR AÇIQLADI
Bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdı

“Ələt-Astara yolunun ödənişli olması ilə bağlı konsepsiyanı hazırlayıb hökumətə təqdim etmişik”. Bunu Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib. Onun sözlərinə görə, bu yolda xüsusi aparat və turniketlər quraşdırılmalıdır. "Bütün dünyada bu işlər tender yolu ilə həyata keçirilir. Tenderdə ən münasib qiymətlə bu avadanlıqları təklif edən şirkət seçiləcək və yoldan istifadə qiymətinin müəyyən edilməsi üçün təkliflər Tarif Şurasına təqdim ediləcək”, - deyə o, qeyd edib. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh