Şəbnəm Tovuzlu sükan arxasında qaydaları bu cür pozdu - VİDEO

Qaydalar 16 Yanvar 2020 10:43 Oxunub 6172
Şəbnəm Tovuzlu sükan arxasında  qaydaları bu cür pozdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məşhurluğu olan şəxslər öz hərəkətləri ilə cəmiyyətə nümunə olmalıdır

Müğənni Şəbnəm Tovuzlu idarə etdiyi avtomobillə qayda pozaraq videoya çəkib. Avtosfer.az xəbər verir ki, o, çəkdiyi videonu öz instagram səhifəsində paylaşaraq izləyicilərinə təqdim edib.. Müğənni sükan arxasında mobil telefondan istifadə edərək fikri yayındıracaq hərəkətlər edib. Bundan əlavə olaraq müğənni təhlükəsizlik kəmərindən də istifadə etməyib. Müasir avtomobillərdə təhlükəsizlik kəməri taxılmadıqda xəbərdaredici siqnal çalındığı üçün müğənni təhlükəsizlik kəmərini oturacağın arxasından keçirərək taxıb. 

Biz hər zaman qeyd edirik ki, məşhurluğu olan şəxslər öz hərəkətləri ilə cəmiyyətə nümunə olmalıdır. Çox təəssüf ki, tövsiyələrimizə lazımi olan dərəcədə əməl edilmir.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh