Balakən sakinini avtomobil vurub

Qəzalar 16 Yanvar 2020 22:55 Oxunub 895
Balakən sakinini avtomobil vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
A.Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib

Bu gün axşam saatlarında Balakən şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Avtosfer.az APA-nın şimal-qərb bürosunun istinadən məlumatına görə, rayonun Talalar kənd sakini, 1957-ci il

təvəllüdlü Abdurəhman Əfəndi oğlu Hacıyev yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan A.Hacıyev Balakən Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. A.Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh