Yevlaxda piyadanı maşın vuraraq ona xəsarət yetirib

Qəzalar 16 Yanvar 2020 23:00 Oxunub 1013
Yevlaxda piyadanı maşın vuraraq ona xəsarət yetirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alan piyadanın kimliyi araşdırılır

Yevlax rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Avtosfer.az APA-nın Mingəçevir bürosunun istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Havarlı kəndi ərazisində qeydə alınıb. 

Kimliyi  hələlik dəqiqləşdirilməmiş sürücü idarə etdiyi “VAZ 2107” markalı avtomobillə kişi piyadanı vurub. Yaralı hadisəni törədən şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Xəsarət alan piyadanın kimliyi araşdırılır.

Faktla bağlı araşdırma aparılır. 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh