Sürücü sükan arxasında yatdı: sərnişin dolu "Ford"u belə sürüdü - REAL VİDEO

Avtosfer TV 17 Yanvar 2020 12:47 Oxunub 2434
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İri qabaritli digər yük avtomobilinin sürücüsü manevr edərək hadisənin böyüməsinin qarşısını alır

Qaradağ rayonu ərazisində baş verən dəhşətli qəza hadisəsi kameraya düşüb. Avtosfer.az xəbər verir ki, yük maşını “Ford Transit” markalı sərnişin mikroavtobusunu arxadan vurub. Hadisəyə səbəb yük maşınının sürücüsünün sükan arxasında yuxulaması olub.

Belə ki, “Ford Transit” markalı sərnişin mikroavtobusunun sürücüsü yolun kənarında saxlayaraq sərnişin düşürür. Bu zaman arxadan sağ zolaqla gələn yük maşını solda yer olsa da gəldiyi sürətlə mikroavtobusu arxadan vurur. Daha sonra isə yol boyu “Ford”u sürüyür. Bu zaman iri qabaritli digər yük avtomobilinin sürücüsü manevr edərək hadisənin böyüməsinin qarşısını alır.

Qeyd edək ki, yol polisi dəfələrlə sürücülərə xəbərdarlıq edib. Sükan arxasına yorğun əyləşməmək, iş və istirahət rejiminə əməl etmək, DYP postlarında yaradılmış otaqlardan istifadə etməyi tövsiyə verib. Amma görünən odur ki, bəzi sürücülər buna riayət etmir. Nəticədə bu cür ağır qəzalar baş verir. Videonu təqdim edirik:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh