Şirvan Polis Şöbəsində 20 Yanvar faciəsi anıldı - FOTO

Gündəm 17 Yanvar 2020 13:10 Oxunub 3636
Şirvan Polis Şöbəsində 20 Yanvar faciəsi anıldı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycan xalqına qarşı törətdiyi görünməmiş vəhşiliklər və zorakılıqlardan bəhs edilib

DİN Mətbuat Xidmətinin Şirvan Regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Şirvan ŞPŞ-də 20 Yanvar faciəsi qurbanlarının ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Mərasimdə polis əməkdaşları ilə yanaşı Şirvan Şəhər Təhsil Şöbəsinin və Veteranlar Şurasının üzvləri iştirak ediblər. Tədbir iştirakçıları faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Şirvan ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyev çıxışında xalqımızın qan yaddaşında dərin iz buraxmış faciə barədə məlumat verib. O, 1990-cı ilin yanvarında həmin hadisələrə ilk siyasi qiyməti bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini xatırladıb. Şöbə rəisi həmin gün həlak olmuş şəhidlərin ailələrinin və əlillərin Azərbaycan dövlətinin daim qayğı və diqqəti əhatəsində olduğunu vurğulayaraq bu kateqoriyadan olan insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirildiyini bildirib.

Daha sonra çıxış edən 20 Yanvar Şəhidi Elçin İmanovun atası Beydulla İmanov, Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri, tarixçi-politoloq Rövşən Allahverdiyev, Əmək və Müharibə Veteranları Şurasının Şirvan şəhəri üzrə şöbə rəisi Vaqif Qayıbov və Şirvan Şəhər Polis Veteranları Şurasının sədri Firidun Qəhrəmanov sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi görünməmiş vəhşiliklər və zorakılıqlardan bəhs ediblər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh