Avtosfer.az | Reklam
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR- Gələn aydan ...
Gündəm 17 Yanvar 2020 14:05 449 dəfə oxunub
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR- Gələn aydan ...
16 ventilyatorun 10-u "qırmızı" və "yaşıl" xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bu il metro tunellərində havalandırmanı yaxşılaşdırmaq üçün daha 16 müasir ventilyator alacaq.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, yeni ventilyatorlar bu ilin fevral-mart aylarında Bakıya gətiriləcək:

"Gətiriləcək 16 ventilyatorun 10-u "qırmızı" və "yaşıl" xətlər üzrə olan metro stansiyalarında quraşdırılacaq. Qalan 6 ventilyator isə "Bənövşəyi" xətt üçün nəzərdə tutulub".

B.Məmmədov bildirib ki, ötən il alınaraq metro tunellərində quraşdırılan 7 ventilyatorun da fiberoptik kabellərlə mərkəzə birləşməsi prosesi tam yekunlaşıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh