İnkassatorun sürücüsünə hücum etdi, pulları oğurlamaq yadından çıxdı - VİDEO

Gündəm 17 Yanvar 2020 18:20 Oxunub 815
İnkassatorun sürücüsünə hücum etdi, pulları oğurlamaq yadından çıxdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bununla bağlı “Life” agentliyi məlumat yayıb

Rusiyanın Sankt-Peterburq şəhərində inkassator avtomobilinin sürücüsünə hücum edən cinayətkar ona xəsarət yetirsə də, pulları oğurlamadan hadisə yerindən uzaqlaşıb.

Bununla bağlı “Life” agentliyi məlumat yayıb.

Hadisə şəhərin hipermarketlərindən birinin dayanacağında baş verib. Zərərçəkən bankomatda olan vəsaiti maşına yükləməyə gələn zaman hücuma məruz qalıb. Cinayətkar taxta əşya ilə ona xəsarət yetirərək hadisə yerindən qaçıb.

İnkassator sürücüsü kəllə-beyin xəsarəti alıb. Polis cinayətkarın axtarışlarını aparır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh