Gəncədə “Niva” ağaca çırpıldı, 16 yaşlı oğlan vəfat etdi - VİDEO

Qəzalar 17 Yanvar 2020 21:00 Oxunub 3838
Gəncədə “Niva” ağaca çırpıldı, 16 yaşlı oğlan vəfat etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Eminbəyli və Cavad Rəfibəyli küçəsinin kəsişməsində qeydə alınıb. Günorta saatlarında “Niva” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çarpılıb.

Nəticədə sürücü, 16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Maşında olan sərnişin 17 yaşlı Hüseyn Yunisli ağır yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh