Bakıda 72 yaşlı kişini küçədə maşın vurub öldürdü

Qəzalar 17 Yanvar 2020 21:30 Oxunub 1033
Bakıda 72 yaşlı kişini küçədə maşın vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə paytaxtın Binəqədi rayonu ərazisində qeydə alınıb.

İsmayıllı rayon sakini idarə etdiyi 99 JM 442 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı avtomobillə hərəkətdə olarkən Zərifə Əliyeva parkının qarşısında yolu keçən piyada, 1948-ci il təvəllüdlü Sədrəddinov Həsən Ələddin oğlunu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

H.Sədrəddinov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (trend)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh