“Bu videoda polis rüşvət almayıb” - Rəsmi açıqlama

Yol polisi 18 Yanvar 2020 11:45 Oxunub 2087
“Bu videoda polis rüşvət almayıb” - Rəsmi açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub

“Sosial şəbəkələrdə paytaxtda yol polisinin rüşvət alması iddiaları ilə bağlı yayılan videogörüntülər Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsində tam və hərtərəfli araşdırılıb. Görüntülərdə qeyd olunan olunan iddilar əsassızdır”. 

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Avtosfer.az-a bildirib ki, ötən ilin aprel ayının 26-da 90-FX-065 dövlət qeydiyyat nişanlı avtomobil “Yol Hərəkəti haqqında” qanunun 69-cu maddəsini VII hissəsinin 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozduğu üçün yol polisi tərəfindən dayandırılıb. Vətəndaş Həmzə Muradov avtomobildən düşərək sürücülük vəsiqəsini yol polisinə verdikdən sonra avtomobillər yolun hərəkət hissəsindən kənara çəkilərək  yol ayrıcında İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib olunub.  

Araşdırmalarla sübuta yetirilib ki, yol polisi inzibati xəta üzrə vəzifələrini tam və qanunauyğun formada icrasını təmin edib, hən hansı qanunsuzluq faktı aşkarlanmayıb.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh