Yeni elektron baza yaradılır: “Yol qəzalarında mübahisələrin aydınlaşdırılması və...” - VİDEO

Gündəm 18 Yanvar 2020 16:45 Oxunub 801
Yeni elektron baza yaradılır: “Yol qəzalarında mübahisələrin aydınlaşdırılması və...” - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub

“Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılması mübahisə xarakterli hadisələrin aydınlaşdırılmasına kömək edəcək”.

Azərbaycanda “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazası yaradılacaq.

Elektron məlumat bazasının yaradılması “Yol hərəkətinin təhlükəsizliyinə dair” (2019-2023) Dövlət Proqramında nəzərdə tutulub.

Yaradılacaq elektron bazada nəqliyyat vasitəsinin buraxılış ili, ölkə qeydiyyatı, onun aktiv təhlükəsizlik avadanlığının mövcud və ya işlək vəziyyətdə olub-olmaması, hava şəraiti, yol örtüyünün vəziyyəti, sükanın hansı tərəfdə olması, səfər, yaxud səyahətin məqsədi və sair məlumatlar toplanacaq.

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Sosial Strateji Araşdırmaları və Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Hüseynli Yenicag.az-a açıqlamasında bu məsələdən danışıb.

Onun sözlərinə görə, sözügedən bazanın yaradılması təqdirəlayiq addımdır.

Mövzuya aid videomaterialı təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh