Yevlaxda atın və sahibinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır

Qəzalar 18 Yanvar 2020 17:30 Oxunub 1293
Yevlaxda atın və sahibinin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mercedes" markalı avtomobil yolun kənarı ilə atla gedən rayon sakinini vurub

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Qalib Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Avtosfer.az “Report”-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilib. Hakim Toğrul Əliyevin icraatında olan iş üzrə hazırlıq iclası yanvarın 22-də keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Bakı-Qazax yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib. Yevlax istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil yolun kənarı ilə atla gedən rayon sakinini vurub.

Hadisə nəticəsində at ölüb, sahibi, Yevlax rayon sakini, 1968-ci il təvəllüdlü Nağıyev Azad Nağı oğlu ağır kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkmiş sonradan dünyasını dəyişib.

Q.Abbasova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh