“Opel” “Qazel”lə toqquşdu: 3 ölü, 2 yaralı - FOTO

Qəzalar 19 Yanvar 2020 17:07 Oxunub 1442
“Opel” “Qazel”lə toqquşdu: 3 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır

Başqırdıstan Respublikasında iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident Qırğız – Sterlibaşev avtomagistralının 59-cu kilometrliyində qeydə alınıb. Bu barədə respublikanın yol hərəkəti təhlükəsizliyinin baş müfəttişi Dinar Qilmutdinov məlumat verib.

Məlumata görə, “Opel Astra” markalı minik avtomobili, qarşı zolaqdan gələn “Qazel” markalı yük maşını ilə toqquşub. Zərbənin şiddətindən “Opel” deformasiyaya uğrayıb.

Nəticədə minik avtomobilinin 3 sərnişini – biri kişi ikisi qadın hadisə yerində vəfat ediblər.

“Opel”in sürücüsü ilə “Qazel”in qadın sərnişini müxtəlif cür bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh