Paytaxtın Nizami rayonunda avtomobil 40 yaşlı piyadanı vurub

Qəzalar 19 Yanvar 2020 22:15 Oxunub 1526
Paytaxtın Nizami rayonunda avtomobil 40 yaşlı piyadanı vurub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az "Report"-a istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb.

Babək prospektində 1980-ci il təvəllüdlü Mirzəyev Alim Adil oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çanağın əziyi, sağ döş qəfəsinin travması diaqnozları qoyulub.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh