Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə radara düşmüsünüzsə, ləğv olunmalıdır - VİDEO

Gündəm 19 Yanvar 2020 22:45 Oxunub 2044
Sürücülərin NƏZƏRİNƏ: Bu ərazilərdə radara düşmüsünüzsə, ləğv olunmalıdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər küçə və prospektlərdə sürət rejiminə ciddi riayət etməlidir

''Radarın olduğunu bildirən müvafiq nişanların olmadığı yollarda sürücülər cərimə edilə bilməz''. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Mübariz Ağayev bildirib. O qeyd edib ki, avtomobillərin sürət həddinə nəzarət edilməsi üçün yollarda quraşdırılan mobil və ya stasionar radarlar "Yol Hərəkəti Haqqında" Qanunun əllinci maddəsinin yeddinci bəndinə əsasən nizamlanır.

Əgər avtomobilin radara düşdüyü ərazidə müəyyən edilmiş məsafədə lazımi nişan lövhələri quraşdırılmayıbsa, sürət həddi ilə bağlı yazılmış protokola xitam verilməlidir. Bunun üçün sürücü həm Daxili İşlər Nazirliyinə, həm də məhkəməyə müraciət edə bilər.

Hüquqşunas Ərşad Hüseynov deyir ki, qanun patrul avtomobilləri ilə xidmət göstərən yol patrul xidməti əməkdaşlarının istədikləri yerdə sürət həddini aşan sürücüləri cərimələmək hüququnu da məhdudlaşdırır.

Hüquqşunas Ərşad Hüseynov deyir ki, sürücülər isə öz növbəsində qanunun bu tələbindən sui-istifadə etməməlidir.Avtomobil yollarında,xüsusən də yaşayış məntəqələrinin küçə və prospektlərində sürət rejminə ciddi riayət etməlidirlər. Təcrübə göstərir ki, ağır yol nəqliyyat hadisələrinin əksəriyyəti sürət rejminin kobud şəkildə pozulması səbəbindən baş verir.

 

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh