Bakı-Astara yolunda avtomobil qəzası olub, xəsarət alanlar var

Qəzalar 20 Yanvar 2020 01:00 Oxunub 1396
Bakı-Astara yolunda avtomobil qəzası olub, xəsarət alanlar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər iki yaralıya baş, gicgah və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub

Bakı-Astara avtomobil yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az “Report”-a istinadən məlumatına görə, hadisə yolun 60-cı kilometrliyində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər – 1961-ci il təvəllüdlü Zeynalov Samir Mütəllim oğlu və 1981-ci il təvəllüdlü Qurbanov Turan Mirəyyar oğlu xəsarət alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hər iki yaralıya baş, gicgah və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Gültən

ŞƏRH YAZ
Ad

E-mail

Şərh