Əks yola keçmək istədi, qəza törətdi - FOTO

Qəzalar 20 Yanvar 2020 10:20 Oxunub 1025
Əks yola keçmək istədi, qəza törətdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BMW" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb

Gecə radələrində baş verən qəzanın bəzi təfərrüatları aydın olub.

Avtosfer.az Oxu.Az-a istinadən  xəbər verir ki, hərəkət qaydalarını pozan “BMW” əks yola keçmək istəyərkən qəza törədib.

Hadisə yerinə gələn polis əməkdaşları qəza törədən sürücünün hadisə yerindən qaçdığını  bildiriblər.

02:26

Bakıda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Neftçilər prospektilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, "BMW" markalı avtomobilin sürücüsü Yol hərəkəti nişanının tələbini pozaraq Yusif Səfərov küçəsinə daxil olub.

Yüksək sürətlə hərəkətdə olan nəqliyyat vasitəsi əks yolda gedən "Naz Lifan" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Polis əməkdaşlarının verdiyi məlumata görə, "BMW" markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsilə birgə hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh