Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib - FOTO

Gündəm 21 Yanvar 2020 01:15 Oxunub 1907
Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib

Beyləqanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a  verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbirdə əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Rüstəm Cəfərov bildirib ki, 20 Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını pozan hərəkət idi. 1990-cı il yanvarın 20-də əsasən ermənilərdən ibarət sovet ordusunun xüsusi təyinatlı dəstələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi. Şöbə rəisi qeyd edib ki, Ulu Öndərin siyasi hakimiyyətə yenidən qayıdışından sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilib.
Daha sonra çıxış edənlər vurğulayıb ki, müstəqillik, azadlıq yolu qədər çətin yol yoxdur. 1990-cı il yanvarın 20-də baş verən hadisələr bir daha bu gerçəkliyi ortaya qoydu. O qanlı-qadalı günlərdə Azərbaycan xalqı göstərdiyi qətiyyətlə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o gecə baş verənləri daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh