Yaponiyada servis avtobusu yük maşını ilə toqquşdu: 11-i uşaq, 14 yaralı

Qəzalar 21 Yanvar 2020 09:30 Oxunub 905
Yaponiyada servis avtobusu yük maşını ilə toqquşdu: 11-i uşaq, 14 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda faktla bağlı araşdırmalara başlanılıb

Yaponiyada məktəbəqədər yaş qrupu üzrə uşaqları daşıyan servis avtobusunun və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, insident çərşənbə axşamı səhər saatlarında İbaraki prefekturasında qeydə alınıb. Bu barədə “TBS” telekanalı məlumat verib.

Məlumata görə, uşaqları uşaq bağçasına aparan avtobus yol qovşağında yük maşını ilə toqquşub. Nəticədə 14 nəfər xəsarət alıb. Onlardan 11-i uşaq, 2-si sürücü, 1-i isə tərbiyəçidir.

Yaralılar, hadisə yerinə çağırılan ambulanslarla və vertolyotla xəstəxanaya çatdırılıblar.

Hazırda faktla bağlı araşdırmalara başlanılıb.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh