Ötən gün baş verən yol qəzalarında – 4 ölü

Gündəm 21 Yanvar 2020 11:25 Oxunub 632
Ötən gün baş verən yol qəzalarında – 4 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 13 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər dünyasını dəyişib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh