“İnşaatçılar”da sərnişinlərin mobil telefonlarını oğurlayan şəxs tutulub

Gündəm 21 Yanvar 2020 11:45 Oxunub 639
“İnşaatçılar”da sərnişinlərin mobil telefonlarını oğurlayan şəxs tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırma aparılır

Bakı metrosunda oğurluq hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə yanvarın 19-u saat 16:30 radələrində metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Sərnişin Nigar Həmidova polisə mobil telefonunun oğurlandığı barədə məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olmuş, Bakı sakini, 1966-cı il təvəllüdlü Elçin Məmmədov saxlanılıb.

Şübhəli şəxsin ətrafında aparılan araşdırmalar zamanı E. Məmmədovun həmin gün saat 14:30 radələrində metronun “28 May” stansiyasında Xəyalə Abudovanın da mobil telefonunu oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh