“Volvo”dan oğurluq edən şəxs saxlanılıb - Səbaildə

Gündəm 21 Yanvar 2020 12:55 Oxunub 679
“Volvo”dan oğurluq edən şəxs saxlanılıb - Səbaildə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Bakıda avtomobildən oğurluq etmək istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 19-da saat 21 radələrində Səbail rayonu A.Zeynallı küçəsində “Volvo” markalı avtomobildən oğurluğa cəhd göstərən şəxs həmin ərazidə xidmət aparan Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həmin şəxsin paytaxt sakini X.Mustafayev olduğu müəyyən edilib və o, 9-cu Polis Bölməsinə təhvil verilib.

Araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh