Cocuq Mərcanlıdan Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək

Gündəm 21 Yanvar 2020 15:10 Oxunub 908
Cocuq Mərcanlıdan Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər istiqamət üzrə 1 avtobusun ayrılması nəzərdə tutulub

Bu ilin mart ayından Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsindən Astara və Lerik rayonlarına marşrut xətləri istifadəyə veriləcək.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova məlumat verib. 

Onun sözlərinə görə, hər istiqamət üzrə 1 avtobusun ayrılması nəzərdə tutulub. 

Xatırladaq ki, bu il yanvarın 9-dan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə verilib, müntəzəm xətt üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunub. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh