Bu küçədəki nişanlar arasında olan ziddiyət aradan qaldırıldı - FOTO

Qaydalar 21 Yanvar 2020 15:40 Oxunub 1472
Bu küçədəki nişanlar arasında olan ziddiyət aradan qaldırıldı -  FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Düzünə nişanı düzünə və sağa nişanı ilə əvəz edildi

Bir neçə gün əvvəl Bakıda yol nişanları arasında olan ziddiyətlə bağlı məlumat vermişdik. Belə ki, Teymur Elçin küçəsinə 4.1.1 düzünə məcburi hərəkət istiqaməti nişanı, ona perpendikulyar Niyazi küçəsinə isə 5.5 birtərəfli yol nişanı quraşdırılmışdı. Avtosfer.az xəbər verir ki, nişanlar arasında ziddiyət olduğu üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təşkili şöbəsinin əməkdaşları 4.1.1 düzünə məcburi hərəkət istiqaməti nişanını 4.14 düzünə və sağa məcburi hərəkət istiqaməti nişanı ilə əvəz edərək yaranmış ziddiyəti aradan qaldırıblar.

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh