Bakıda evdən 3400 manatlıq oğurluq edilib

Gündəm 21 Yanvar 2020 15:50 Oxunub 803
Bakıda evdən 3400 manatlıq oğurluq edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri,  H.Məmmədov və Ş.Hacıyev saxlanılıblar

Bakıda evdən 3400 manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a məlumat verilib.

Məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da rayon ərazisindəki evlərin birindən 400 manat, 3000 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - H.Məmmədov və Ş.Hacıyev saxlanılıblar.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh