Şəki polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Yol polisi 21 Yanvar 2020 19:18 Oxunub 2000
Şəki polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məktəbliləri maraqlandıran suallar cavablandırılıb

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında tədbirlər davam etdirilir.

Növbəti tədbirlərdən biridə, 21 yanvar 2020-ci il tarixdə Şəki şəhəri, B.Vahabzadə adına 1 saylı tam orta məktəbdə keçirilib.

Tədbirdə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şəki bölgəsi üzrə müdiri vəzifəsini icra edən Taleh Abdullayev, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə baş inspektoru, polis kapitanı Anar Xalıqov, Polis Şöbəsinin azyaşlılar üzrə inspektoru, polis kapitanı Səlim Səlimov, məktəbin direktoru Tahirə Cabbarova, digər müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd olunan mövzularla bağlı, çıxılar edilib ətraflı məlumatlar verilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirin yekununda, məktəbin direktoru Tahirə Cabbarova, bu cür maarifləndirici tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh