Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var - VİDEO

Qəzalar 21 Yanvar 2020 20:00 Oxunub 1267
Kürdəmirdə mikroavtobus traktora çırpılıb, xəsarət alanlar var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Kürdəmir rayonunda yol qəzası baş verib. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Şilyan kəndində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 1986-cı il təvəllüdlü Adil Səmid oğlu Babayevin idarə etdiyi yüklə dolu qoşqulu traktora arxadan sürətlə gələn "Ford" markalı mikroavtobus çırpılıb. Nəticədə mikroavtobusun sürücüsü və sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Üç yaralı sıxışıb qaldıqları avtomobildən xilasedicilərin köməkliyi ilə çıxarılaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Onlardan ikisinin Kürdəmir rayonunun Şilyan kənd sakinləri, 1988-ci il təvəllüdlü Elnur Maşallah oğlu Məlikov və 1989-cu il təvəllüdlü Pərvin Cəfər oğlu Qurbanov olduğu müəyyənləşib.

Faktla bağlı araşdırma aparılır. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh