Avtosfer.az | Reklam
Məşhur basketbolçu “Rolls Royce”la ağır qəzaya düşdü - FOTO
Avtosfer Foto 21 Yanvar 2020 20:50 2062 dəfə oxunub
Məşhur basketbolçu “Rolls Royce”la ağır qəzaya düşdü - FOTO
O, karyerasını vaxtından əvvəl başa vura bilər

ABŞ-ın Milli Basketbol Assosiasiyasının “Atalanta Houks” klubunun oyunçusu Çendler Parsons karyerasını vaxtından əvvəl başa vura bilər. Avtosfer.az xəbər verir ki, buna səbəb basketbolçunun düşdüyü yol qəzasında aldığı ağır xəsarətlərdir.

“Yahoo Sports” portalının məlumatına görə, yanvarın 15-də “Houks”un hücumçusu məşqdən evə qayıdarkən idarə etdiyi şəxsi “Rolls Royce” markalı avtomobillə hərəkətdə olan zaman, ona yan tərəfdən bir nəqliyyat vasitəsi çırpılıb. Qəzadan sonra hüquq-mühafizə orqanları hadisəni törədənin sərxoş olduğunu müəyyən edib.

Nəticədə Parsons xeyli ağır xəsarətlər alıb. Həkimlər onun bəzi yaralarının müalicəolunmaz kimi dəyərləndirib: bu ilk növbədə, travmatik beyin zədələnməsi və onurğalararası disk yırtıqlarıdır.    

Həkimlər, həm də xəsarətlərin basketbolçunun karyerasına son qoyacağını istisna etmirlər.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh