İki avtomobildən güzgü və maqnitofon oğurlayan şəhər sakini tutulub - Sumqayıtda

Gündəm 22 Yanvar 2020 12:29 Oxunub 674
İki avtomobildən güzgü və maqnitofon oğurlayan şəhər sakini tutulub - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində

Sumqayıt şəhərində oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini F.Paşayev saxlanılıb. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 1 həyətyanı sahədən su mühərriki, 2 avtomobildən güzgü və maqnitofon, habelə N.Mustafayevanın içərisində ərzaq məhsulları və geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş F.Paşayev saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh