ASA Parkinq Bakıda sürücüləri belə soyur - ŞOK QİYMƏTLƏR

Xəbərlər 22 Yanvar 2020 13:48 Oxunub 2635
ASA Parkinq Bakıda sürücüləri belə soyur - ŞOK QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ASA Parkinq” 1 saat üçün 1 manat parkinq qiyməti “müəyyən” edib

Bakıda bir çox ərazilərdə qanunsuz olaraq parkinq xidməti göstərən “ASA Parkinq”dən şikayətlər səngimir. Avtosfer.az-a müraciət edən vətəndaş deyir ki, “28 may” metrostansiyasının yanında 2 saat yarım avtomobili saxlayıb. Çıxışda isə ona 2 manat 50 qəpiklik qəbz verərək ödəniş tələb ediblər. Belə çıxır ki, “ASA Parkinq” 1 saat üçün 1 manat parkinq qiyməti “müəyyən” edib.

Qeyd edək ki, Bakı şəhərində parkinqlərin yaradılması Bakı Nəqliyyat Agentliyinin səlahiyyətinə daxildir. Eyni zamanda ölkə prezidenti də parkinqlər barədə xüsusi göstəriş verib. Qiymətlər isə hələlik müəyyən edilmədiyi üçün BNA tərəfindən yaradılan parkinqlər pulsuzdur. “ASA parkinq” isə qanunsuz olaraq vətəndaşlardan pul yığır. Bu pulların aqibəti isə müəmmalıdır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh