Kolumbiyada avtobus yük maşınına çırpıldı: 2 ölü, 34 yaralı - VİDEO

Qəzalar 23 Yanvar 2020 09:00 Oxunub 1084
Kolumbiyada avtobus yük maşınına çırpıldı: 2 ölü, 34 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Müvafiq qurumlar insidentin baş vermə səbəblərini araşdırır

Kolumbiyanın paytaxtı Boqotada avtobusun və yük maşınının iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə El-Rosal bələdiyyəsi ərazisində qeydə alınıb. Bu barədə ötən gün “El Tiempo” qəzeti məlumat verib.

Nəşrin məlumatına görə, Boqotadan Medelina şəhəri istiqamətində hərəkət edən sərnişin avtobusu, naməlum səbəblərdən park olunmuş yük maşınına çırpılıb. Nəticədə iki nəfər hadisə yerində vəfat edib, daha 34-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Müvafiq qurumlar insidentin baş vermə səbəblərini araşdırır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh