Kaliforniyada təyyarə qəzaya uğradı: 4 nəfər vəfat etdi – FOTO

Qəzalar 23 Yanvar 2020 09:30 Oxunub 932
Kaliforniyada təyyarə qəzaya uğradı: 4 nəfər vəfat etdi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aerodromun şərq hissəsi, aparılan təhqiqatlara görə müvəqqəti olaraq bağlanıb

ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfərə dünyasını dəyişib. Avtosfer.az xəbər verir ki, insident yanvarın 22-də Korona şəhərində yerləşən aerodrom ərazisində qeydə alınıb. Bu barədə şəhər yanğınsöndürmə xidmətinin “Twitter” hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, qəza, 302,8 litr aviayanacağın alovlanmasına və 1 hektar ərazidə yanğının baş verməsinə səbəb olub. Hazırda yanğın söndürülüb. Hadisə zamanı 4 nəfər vəfat edib.

Aerodromun şərq hissəsi, aparılan təhqiqatlara görə müvəqqəti olaraq bağlanıb.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh