Pul alarkən görüntüsü yayılan yol polisi əməkdaşı öldü - FOTO

Yol polisi 23 Yanvar 2020 10:19 Oxunub 2983
Pul alarkən görüntüsü yayılan yol polisi əməkdaşı öldü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu araşdırma nəticəsində məlum olub

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Bakıda sosial şəbəkələrdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videogörüntüyə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev "Report"a deyib ki, faktla bağlı araşdırmalar aparılıb. “Araşdırma nəticəsində məlum olub ki, həmin şəxs 14.05.2018-ci il tarixdə daxili işlər orqanlarında xidmətdən xaric edilib və həmin ildə də vəfat edib”, - o bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Şirvan şəhər ərazisində yol polisinin sürücüdən rüşvət alması ilə bağlı videogörüntü yayılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh