Bakıda taksi sürücüsü bıçaqla hədələnərək pulları əlindən alınıb

Gündəm 23 Yanvar 2020 10:26 Oxunub 655
Bakıda taksi sürücüsü bıçaqla hədələnərək pulları əlindən alınıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. Avtosfer.az-ın “Report”a istinadən xəbərinə görə, hadisə yanvarın 22-də, saat 01:45 radələrində, paytaxtın Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, takis fəaliyyəti ilə məşğul olan M.Sadıqovun idarə etdiyi “Mercedes” markalı avtomobilinə 2 naməlum sərnişin əyləşib. Daha sonra həmin şəxslər sürücünü bıçaqla hədələyib, onun 200 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. M.Sadıqov bu barədə hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Nadir Qurbanov və 1966-cı il təvəllüdlü İlham Rüstəmzadə müəyyən olunaraq tutulublar.

Faktla bağlı Suraxanı RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh