Avtosfer.az | Reklam
Dünyanın qeyri-adi nəqliyyat vasitələri - FOTO
Maraqlı 23 Yanvar 2020 11:24 792 dəfə oxunub
Dünyanın qeyri-adi nəqliyyat vasitələri - FOTO
Öz qeyri-adiliyi ilə seçilirlər

Adət etdiyimiz avtobus və digər minik avtomobililləri ilə bizləri heyrətləndirmək bir o qədər də asan deyil. Dünyada elə nəqliyyat vasitələri var ki, onlar haqqında heç eşitməmisiniz. Avtosfer.az "salamnews"a istinadən həmin nəqliyyat vasitələrini təqdim edir.

1) Bambuk dəmir yolu (Kamboca) - Bambukdan hazırlanmış elektrik mühərrikli drezina saatda 40 kilometr sürətlə hərəkət edə bilir. Bu, ən səmərəli nəqliyyat vasitələrindən biridir.

2) Velotaksi (Vyetnam) - Üçtəkərli velotaksi Vyetnamın paytaxtı Hanoyda ən sürətli və məşhur nəqliyyat növlərindən biridir. Bu nəqliyyat vasitəsindən həm yerli əhali, həm də turistlər istifadə edir.

3) Avtobus-amfibiya və ya "Amfibus" (Niderland)- Bu universial nəqliyyat vasitəsi həm quruda, həm də suda hərəkət edir.Avtobus-amfibiyaya təxminən 50 nəfər yerləşir."Amfibus"lar Rotterdam turistləri arasında məşhurdur.

4) DUKW (Böyük Britaniya)- Avtobus-amfibiyanın sərnişinləri Londonun gözəlliyindən həm quruda, həm də Temza çayında həzz ala bilərlər. 

5) Maqnit yastığı üzərində qatar və ya "Maglev" (Çin)- Şanxay sakinlərinin lazım olduqları yerə saatda 431 kilometr sürətlə çata bildikləri bu nəqliyyat növü mərkəzi Pudin rayonu ilə "Pudin" beynəlxalq hava limanı arasında hərəkət edir. 

6) Valparaisoda taxta lift (Çili) - Liftlər ötən əsrin əvvəlində tikilib. Onlar insanların yüksək təpələrdə yerləşən rayonlara daşınmağına xidmət edib. Hazırda bu liftlərdən turistik məqsədlə istifadə olunur. 

7) Qamış qayıqlar (Peru)- Qamış qayıq ("barco de totora") Peruda yetişən və "totora" adlanan qamış növündən hazırlanır. Bu nəqliyyat vasitəsi yerli balıqçılar arasında məşhurdur. Turistlər də belə qayıqlarda səyahəti sevirlər. 

8) Seqvey (ABŞ)- Elektrik özübalanslaşan samokatlar ABŞ-da ən məşhur nəqliyyat vasitələri sırasına daxildir. Seqvey 2001-ci ildə Din Keymen tərəfindən ixtira edilib.

9) Conki (Honkonq)- Bu daxili mühərrikə malik ənənəvi Çin qayığı nəqliyyatı növüdür. Conki Honkonqda məşhur nəqliyyat vasitəsidir. 

10) Felyuqa (Misir) - Misirlilər üçün ənənəvi olan yelkənli qayıq "felucca" artıq 1000 ildir, istifadə edilir. Bu qayıqlar Misir mədəniyyətinin ayrılmaz hissəsidir.

11) "Canal Taxi" (Tayland)- Böyük və səs-küylü qayıqlar kanal şəbəkələri üzrə müxtəlif istiqamətlərdə hər gün minlərlə turist və yerli sakini daşıyır.

12) Rikşa (Yaponiya)- Ənənəvi yapon nəqliyyat vasitəsi XIX əsrdən etibarən istifadə edilir.

13) Asma dəmir yolu (Almaniya)- Bu nəqliyyat vasitəsi 1901-ci ildən Vuppertal şəhərində fəaliyyət göstərir. Qatar hər gün 13.5 kilometr məsafə qət edərək, təxminən 82 min nəfəri daşıyır. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh