“Mercedes” dirəyə çırpıldı: 1 ölü, 2 yaralı - Sumqayıtda

Qəzalar 23 Yanvar 2020 12:30 Oxunub 892
“Mercedes” dirəyə çırpıldı: 1 ölü, 2 yaralı - Sumqayıtda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Araşdırma aparılır

Sumqayıt şəhərində 1 nəfərin ölümü, 2 nəfərin də xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-nin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin Sülh küçəsində şəhər sakini E.Hüseynov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən həmyerlisi Tural Məmmədovu vurduqdan sonra idarəetməni itirdiyindən nəqliyyat vasitəsi yolun kənarındakı elektrik dirəyinə dəyib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü və sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh