Şəki DYP-də maraqlı tədbir; nümunəvi sürücü seçildi - FOTO - VİDEO

Yol polisi 23 Yanvar 2020 13:56 Oxunub 7519
Şəki DYP-də maraqlı tədbir; nümunəvi sürücü seçildi  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər polis mayoru Şəhmir Uluxanov tərəfindən mükafatlandırılıb

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən “Tədbirlər planı” tərtib edilmiş və həmin “Tədbirlər planı”nın icrası ilə əlaqədar Şəki Dövlət Yol Polisi tərəfindən də müəyyən işlər görülür.

Şəki rayonu, Qoxmuq kənd sakini Daşdəmirov Hümmət Məmməd oğlu, son 20 ildə avtomobil idarə etməsinə baxmayaraq heç bir yol hərəkəti qaydasını pozmadığı üçün nümunəvi sürücü kimi müəyyən edilərək, 23 yanvar 2020-ci il tarixdə Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə dəvət olunaraq bölmənin rəisi, polis mayoru Şəhmir Uluxanov tərəfindən mükafatlandırılıb. Tədbirdə, çıxış edən Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev bildirib ki, belə nümunəvi sürücülərin müəyyən edilib mükafatlandırılması və kütləvi informasiya vasitələrinin köməyindən istifadə etməklə ictimaiyyətə təqdim olunmasının məqsədi digər sürücülərə örnək göstərməkdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh