Avtosfer.az | Reklam
Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO
Avtoreyd 23 Yanvar 2020 15:35 562 dəfə oxunub
Bakıda sürücü "Gelandewagen"lə əks yola çıxıb avtoxuliqanlıq etdi - VİDEO
"Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb

Sosial şəbəkələrdə sürücünün kobud qayda pozuntusu kameraya çəkilib. Avtosfer.az baku.ws-ə iatinadən xəbər verir ki, "Tik-Tok"da paylaşılan videodan göründüyü kimi sürücü əks yola çıxaraq qəza şəraiti yaradır. Bakıda çəkilən bu görüntülər sosial şəbəkələrdə marağa səbəb olub. "Şükürov004" adlı istifadəçi öz "Tik-Tok" hesabında çox sayda bu cür videolar paylaşıb.  

Rusiya Federasiyasında qeydiyyata alınan "E100YE" (10) dövlət nömrə nişanlı "Gelandewagen"lə qayda pozan sürücü bir anda diqqət mərkəzinə düşüb. 

Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər BPİDYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirir ki, yayılan kadrlarla bağlı artıq araşdırmalar başlanılıb. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək.

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh