İlham Əliyev akademiki təltif etdi

Gündəm 23 Yanvar 2020 17:55 Oxunub 890
İlham Əliyev akademiki təltif etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Bilas oğlu Şadlinski “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vaqif Bilas oğlu Şadlinskinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Sərəncama əsasən, Azərbaycanda tibb elminin inkişafında xidmətlərinə görə Vaqif Bilas oğlu Şadlinski “Şöhrət” ordeni ilə təltif edilib. 

Qeyd edək ki, V.Şadlinski tibb elmləri doktoru, Rusiya Tibb Elmləri Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademiki, professor, Azərbaycan Tibb Universitetində İnsan anatomiyası kafedrasının müdiridir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh