Çində koronavirusa yoluxanların sayı 830-a, ölənlərin sayı 25 nəfərə çatıb

Gündəm 24 Yanvar 2020 05:55 Oxunub 752
Çində koronavirusa yoluxanların sayı 830-a, ölənlərin sayı 25 nəfərə çatıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəliyin əlamətləri yüksək hərarət və öskürəkdir

Çində 2019-nCoV koronavirusa yoluxanların sayı artıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Regionlarının Gigiyeva və Səhiyyə Məsələləri üzrə komitəsi məlumat yayıb.

Qeyd edilir ki, koronavirusa yoluxanların sayı 830 nəfərə çatıb. Bununla yanaşı, xəstəlikdən ölənlərin sayı da artıb. Məlumata görə, ölkə ərazisində artıq 25 nəfər bu virusun qurbanı olub. Daha əvvəl 2019-nCoV koronavirusa yoluxanların sayının 644-ə çatdığı bildirilirdi. Qeyd edilirdi ki, ölkənin 18 vətəndaşı bu virusdan ölüb. Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir. Bu virusa yoluxma hallarına artıq Yaponiya, İtaliya, Meksika, Sinqapurda da rast gəlinir.

***21:24

Çində 2019-nCoV koronavirusa yoluxanların sayı 644 nəfərə qədər artıb. Bu barədə Çin Xalq Respublikası Regionlarının Gigiyeva və Səhiyyə Məsələləri üzrə komitəsinin xəbərində bildirilir. Bildirilir ki, virusdan ölənlərin sayı 18 nəfərə çatıb. Hakimiyyət orqanlarının məlumatına görə, Uhan şəhərindən qayıdan 80 yaşlı qocanın səhhəti pisləşib. O, həkimlərə müraciət edib. Lakin səhiyyə işçilərinin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh