DİN vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs barədə məlumat yayıb

Gündəm 24 Yanvar 2020 12:10 Oxunub 590
DİN vətəndaşları işə düzəltmək adı ilə aldadan şəxs barədə məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dərhal məsələ araşdırılmış və təsdiqini tapıb

Daxili İşlər Nazirliyi “Kanal13” internet televiziyasının “Youtube” sosial şəbəkəsindəki səhifəsində Sabirabad rayon sakini olan bir qrup şəxsin özünü rayondakı mühafizə xidmətinin rəisi kimi təqdim etmiş Baba Qədirov tərəfindən işə düzəldiləcəkləri adı ilə onlardan pul alması barədə paylaşılan görüntülərə münasibət bildirib. Avtosfer.az xəbər verir ki, nazirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunur ki, hələ keçən ilin noyabr ayında qeyd olunan məsələ ilə bağlı Sabirabad rayonundan olan bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edib: "Dərhal məsələ araşdırılmış və təsdiqini tapıb. Odur ki, 25.11.2019-cu iltarixdə DİN BMCMİ-də Baba Qədirov və qeyriləri barəsində Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. Bundan 2 gün sonra B.Qədirov CM-nin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Baba Qədirovun əməllərindən zərərçəkmiş digər şəxslərin də nəzərinə çatdırırıq ki, bu barədə BMCMİ-yə və ya Sabirabad RPŞ-yə müraciət edə bilərlər".

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh