Məktəbdə uşaqları oğurlamaqda şübhəli bilinən qadın polis idarəsinə gətirilib - FOTO

Gündəm 24 Yanvar 2020 12:50 Oxunub 1111
Məktəbdə uşaqları oğurlamaqda şübhəli bilinən qadın polis idarəsinə gətirilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb

“Sabunçu rayonunda yerləşən məktəblərin birində uşaq oğurluğu ilə bağlı sosial şəbəklərdə yayılan məlumatlar əsassızdır, təsdiqini tapmayıb”.

Avtosfer.az xəbər verir ki, bu barədə Lent.az -a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, BŞBPİ və Sabunçu rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz müvafiq tədbirlər nəticəsində fotoşəkilləri yayılan qadın, 1965-ci ildə Xızı rayonunda anadan olan Reyhan Səfərova müəyyən olunaraq, polis idarəsinə gətirilib:

“Araşdırmalar nəticəsində məlum olub ki, qadın həmin ərazidə kirayədə yaşayır, əvvəllər məhkum olunmayıb, sakit həyat tərzi sürür, sağlamlıq imkanları məhduddur.

Diqqətə çatdırırıq ki, həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib olunur. Məlumatlar polis orqanları ilə heç bir dəqiqləşdirmə aparmadan əsassız yazılıb, iddialar dezinformasiyadır və təxribat xarakteri daşıyır”.

Gültən Qədirli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh