Cəriməni ödəməyənlər sərhəddi keçə bilməyəcək - KAMRAN ƏLİYEV

Yol polisi 24 Yanvar 2020 15:24 Oxunub 7803
Cəriməni ödəməyənlər sərhəddi keçə bilməyəcək - KAMRAN ƏLİYEV
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi cərimələrin ödənilməsi ilə bağlı daha bir yenilik edib

“Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cəriməni ödəməyən şəxslərin müəyyən edilməsi prosesi başlanılıb”.  Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a deyib. Onun sözlərinə görə, sözsüz ki, cəriməni ödəməyənlərin sərhəddi keçməsi yalnız müvafiq cərimə məbləğləri ödənildikdən sonra mümkün olacaq: “Həmin sərhəd məntəqələrində cərimələrin ödənilməsi üçün şərait yaradılıb və müvafiq terminallar quraşdırılıb. Yol hərəkəti qaydalarının pozulmasına görə ödənilməmiş cəriməsi olan şəxslərdən xahiş olunur ki, həmin cərimələri Bakı şəhərində, yaxud istənilən digər ərazilərdə fəaliyyət göstərən banklarda, terminallarda, habelə ödəniş məntəqələrində cərimə borcunu tam ödəsinlər ki, sərhəddə ləngimək məcburiyyətində qalmasınlar”.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh