Bakıda qırmızıdan keçən "Hyundai" polis maşını ilə belə toqquşdu - VİDEO

Avtosfer TV 24 Yanvar 2020 15:57 Oxunub 2355
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dünən paytaxda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Nizami küçəsi ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsində svetoforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobil ilə toqquşub.

Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil svetofor dirəyinə çırpılaraq onu aşırdıb.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh