Müsəlmanlara qarşı ayrıseçkilik edən hava yolu şirkəti cərimələndi

Gündəm 25 Yanvar 2020 20:30 Oxunub 838
Müsəlmanlara qarşı ayrıseçkilik edən hava yolu şirkəti cərimələndi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İkinci hadisə isə Hollandiyanın paytaxtı Amsterdamda olub

ABŞ-ın müsəlmanlara ayrıseçkilik edən “Delta Airlines” şirkəti 50 min dollar cərimələnib.

AA xəbər verir ki, ABŞ Nəqliyyat Nazirliyinin verdiyi qərara görə, hava yolu şirkəti bu hərəkəti ilə qanunları pozub.

 

Belə ki, bir dəfə 2016-cı ilin iyulunda Faisal və Nazia adlı cütlük təyyarəyə minərkən sərnişinlərdən biri onlardan şikayət edib. Həmin sərnişin qadının hicablı olması, kişinin isə telefonunda mesaj yazarkən tez-tez “Allah” sözünü yazdığını gördüyünü deyib. Buna görə də təyyarənin ekipaj heyəti həmin cütlüyü təyyarədən endiriblər.

İkinci hadisə isə Hollandiyanın paytaxtı Amsterdamda olub. Bu dəfə də sərnişinlər müsəlman sərnişindən şikayət ediblər. Pilot onunla bağlı hər hansı narahatlıq doğuran hal olmadığını bildirsə də, sərnişinlərin tələbi ilə müsəlmanı təyyarədən düşürüblər və onun əyləşdiyi oturacağın ətrafında axtarış aparılıb.

Nəqliyyat Nazirliyi bu hərəkətlərə görə “Delta Airline” şirkətini 50 min dollar cərimələyib, bu hadisələrdə iştirak edən ekipaj üzvlərinin isə məcburi olaraq “mədəni həssaslıq” kursu keçməsinə qərar verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh