Zəlzələdən sonra avtomobillərin təkərlərini - PARTLATDI

Gündəm 25 Yanvar 2020 23:30 Oxunub 1620
Zəlzələdən sonra avtomobillərin təkərlərini                       - PARTLATDI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təxminən 160 nəqliyyat vasitəsinin şinlərinin partladıldığı öyrənildi

Diyarbakırın Bismil rayonunda dünən gecə baş verən zəlzələdən sonra bir nəfər bıçaqla park edilmiş vasitələrin təkərlərini partladı

Hadisə təhlükəsizlik kameralarına əks olundu.

Dünən axşam episentri Elazığın Sivrice rayonunda baş verən 6,8 bal gücündə zəlzələdən sonra Diyarbakırın Bismil rayonunda bir nəfər aldığı bıçaqla küçəyə çıxdı və nəqliyyat vasitələrinin şinlərini partlatdı.

Fırat və Tekel məhəllələrində park edilmiş vasitələrin içərisinə baxan şübhəli, bıçağla avtomobillərin şinlərini bıçaqladı.

Bu an təhlükəsizlik kameraları tərəfindən qeydə alındı. Təxminən 160 nəqliyyat vasitəsinin şinlərinin partladıldığı öyrənildi.

Digər tərəfdən, səhər şinlərinin partladığını görən nəqliyyat vasitələrinin sahibləri şübhəlinin ən qısa müddətdə tapılmasını istədi.

Hazırda şəxsin tutulması üçün iş başladılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh