Hindistanda keçirilən bayram tədbirlərində 4 partlayış törədilib

Gündəm 26 Yanvar 2020 15:00 Oxunub 943
Hindistanda keçirilən bayram tədbirlərində 4 partlayış törədilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Teraktın arxasında “Assama Birləşmiş Azadlıq Cəhbəsi”nin (ULFA) radikal separatçı qruplaşmasının dayandığı ehtimal edilir

Hindistanın Assam ştatında respublika günü münasibətilə keçirilən bayram zamanı azı dörd partlayış baş verib. Avtosfer.az xəbər verir ki, partlayışlar 10 dəqiqə ərzində, 3-ü Dibruqarx şəhərində, 1-i isə Çaraydeoda törədilib. Bu barədə “NDTV” telekanalı məlumat verib.

Məlumata görə, naməlum şəxslər bayram keçirilən əraziyə bir neçə qumbara atıblar.

Polis, teraktın arxasında “Assama Birləşmiş Azadlıq Cəhbəsi”nin (ULFA) radikal separatçı qruplaşmasının dayandığını ehtimal edir. Qruplaşma, Assama ştatının Hindistandan ayrılmasını və müstəqil dövlət olmasını istəyir.

 

Namiq Musayev

ŞƏRH YAZ
Ad

E-mail

Şərh