Avtosalondan 5 yeni avtomobil oğurlayan dəstənin - VİDEOsu

Avtosfer TV 26 Yanvar 2020 16:30 Oxunub 2646
Avtosalondan 5 yeni avtomobil oğurlayan dəstənin - VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qaçırılan avtomobillərin və cinayətkarların aqibətinin necə olduğu barədə məlumat verilməyib

Braziliyada avtosalondan avtomobil oğurlayan dəstənin görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, insident yanvarın 22-də gecə saatlarında Sapiranqe şəhərində yerləşən “Sinoscar” avtosalonunda qeydə alınıb.

Kadrlarda, salonun arxa qapısından 4 nəfərin sürünərək içəri daxil olduqları, eyni vəziyyətdə işçilərin oturduğu masaların siyirmələrində nə isə axtardıqları və gəldikləri yerdən oranı tərk etdikləri görülür. Bir müddət sonra isə dəstə üzvləri yenidən geri qayıdır. Onlardan biri avtomobilə əyləşir öncə şüşədən olan qapını qırır, ardınca da mağazanı tərk edir.

Beləliklə, soyğunçular avtosalondan ümumilikdə “0” kilometrə olan 5 yeni “Chevrolet” modeli qaçırırlar.

Qaçırılan avtomobillərin və cinayətkarların aqibətinin necə olduğu barədə məlumat verilməyib.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh