Qucağında azyaşlı uşaqla avtomobil idarə etdi- 99 FL 224 - VİDEO

Qaydalar 27 Yanvar 2020 11:20 Oxunub 1292
Qucağında azyaşlı uşaqla avtomobil idarə etdi-  99 FL 224 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza zamanı uşaq sıxılaraq ölə bilər

Bakıda taksi sürücüsünün yol hərəkəti qaydasını pozması anı kameraya qeyd olunub. Avtosfer.az xəbər verir ki, yanvarın 18-i paytaxtın Məhəmməd Hadi küçəsində hərəkət edən 99-FL-224 qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü uşağı qucağında otuzduraraq avtomobili idarə edib. Onun bu hərəkəti həm qanunvericiliyə ziddir, həm də çox təhlükəlidir. 
Bu cür vəziyyətdə yol şəraitini, hərəkət edən nəqliyyat vasitələrini və piyadaları normal şəkildə müşahidə etmək olmur. Çünki sürücünün qucağında əyləşən uşaq həm onun görünüş dairəsini qismən məhdudlaşdırır, həm də fikrini yoldan yayındırır. Qəza olan zaman isə uşaq sükanla sürücü arasında sıxılaraq ölə bilər, sürücünün isə ən yaxşı halda qabırğaları sına bilər.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh